Stalin dəhşəti: 30 min türk belə öldürüldü


Dünya 17 Noy 2019 16:36:00 292 0

Stalin dəhşəti: 30 min türk belə öldürüldü

Ahıska türklərinin böyük sürgünündən 75 il ötür.

Son.az Axar.az-a istinadən bildirir ki, 1944-cü il noyabrın 14-də 90 mindən çox Ahıska türkü SSRİ lideri İosif Stalinin sərəncamıyla öz ata-baba yurdlarından - Gürcüstandan Mərkəzi Asiya və Sibirə sürgün edilib.

Sürgün zamanı yük vaqonlarında daşınan türklərin bir hissəsi havasızlıqdan, soyuqdan və aclıqdan həlak olub. Bu zaman təxminən 30 min Ahıska türkünün öldüyü, bir hissəsinin ağır xəstəliyə düçar olduğu bildirilib.

Məlumata görə, qatarda ölənləri basdırmağa belə icazə vermir, vaqonlardan düşürdüb, yolun kənarına atıblar.

Ahıska türklərinə yalnız 1956-cı ildən sonra SSRİ-nin digər bölgələrinə köçməyə icazə verilib. 1958-1960-cı illərdə onların bir hissəsi Azərbaycana köç edib.

(adsgarden = window.adsgarden || []).push({});