Toydan nə qədər vaxt keçməlidir ki, uşaq olsun?


Digərləri 17 Noy 2019 16:18:00 343 0

Toydan nə qədər vaxt keçməlidir ki, uşaq olsun?

"Birşey-mirşey var?" - Yeni ailə quran xanımların ən çox eşitdikləri söz bu olsa gərək. Yaxın-uzaq, qohum-yad, kimliyindən asılı olmayaraq, sanki hər kəs özünə borc bilir bu özəl sualı  verməkdə... Sanki bu yeni ailə quran cütlüyün qısa zamanda qucaqlarına körpə alması ilə hər kəsin problemi çözüləcək. Nəticə nə olur? Yeni həyatlarına uyğunlaşmağa çalışan gənclər qapı-qapı gəzərək ya həkimlərdən, ya türkəçarələrdən mədəd umub, tez bir zamanda övlad sahibi olmaq arzusuna düşürlər. Bəzən də qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar. Zamanla təbii şəkildə asan yolla hamilə qalmaqları mümkün olduğu halda, ilk gündən o qədər dava-dərman edirlər ki, əksinə, sağlam orqanizmi kimyəvi dərmanlarla yükləyirlər, axı 9 ayın tamamında hər kəsi uşaq səsi ilə sevindirməlidirlər.

Son.az modern.az-a istinadən bildirir ki, cərrah-ginekoloqu Cəmalə Hacıyeva əgər ciddi bir xəstəlik və patologiya yoxdursa, gənc xanımların təşvişə düşmədən 1 il heç bir dava-dərman etmədən gözləmələrini məsləhət görür. 

3-4 ay uşağı olmayana da sonsuz damğası vururlar! 

"Bir də görürsən ki, toy olandan 3-4 ay keçməmiş qaynana gəlini götürüb gətirir ki, "gəlinimin uşağı olmur, həkim bir çarə tap, dərman yaz". Daha düşünmürlər ki, bu, tam normaldır. Təbii ki, əgər ciddi bir xəstəliyi varsa, onu müalicə edirik. Amma tam sağlamdırsa, o zaman həmin qadının heç bir müalicəyə ehtiyacı yoxdur. Ümumiyyətlə, 3 ilə kimi uşaq olmursa, bu, sonsuzluq deyil. Requlyar cinsi əlaqədə olan sağlam qadınlar 1 ildən sonra ginekoloqa müraciət etməlidirlər. Requlyar cinsi həyatı olmayan, yoldaşlarının işi ilə əlaqədər ayda bir, iki ayda bir cinsi əlaqədə olan cütlüklər isə 2 il sonra həkimə müraciət etməlidirlər. 3 ildən çox uşaq olmursa, yalnız bu halda sonsuzluqdan söhbət gedə bilər. Sonsuzluqlar birincili və ya ikincili  də olur. Məsələn, ilk hamiləliyi tez baş verib, sonrakı hamiləlikləri baş tutmayan qadınlar da var".   

40 faiz qadınlar "günahkardırsa", 60 faiz kişilər sonsuz olur...

Bəs, görəsən, çox zaman uşaq olmamasının "günahkarı" kim olur? Qadınlar, yoxsa kişilər?

"Son zamanlar daha çox kişi sonsuzluqları ilə rastlaşırıq. Və hər iki tərəfdə olan sonsuzluq halları da var. Məsələn, qadında sonsuzluq səbəbi 15 faizdir. Belə halda bu qadın 3 il ərzində bir dəfə də olsun hamilə qalmalı idi, qarşı tərəfi də araşdıranda və görəndə ki, kişidə də 15 faizlik bir problem var, o zaman cütlüyün problemi 30 faizə qalxır, təbii ki, bu da uşaq olmasına təsir göstərir. Təəssüf ki, bizdə qadın həkimə müraciət etməlidir, qadın müalicə almalıdır yanaşması hökm sürür. Amma mən cütlüyü müayinələrə birlikdə çağırıram. Hər iki tərəfi müayinə edəndə və kişidə də problemlər aşkarlandıqda mən o qadınların üzündəki mimikanı görürəm... Sanki bir arxayınlıq gəlir, "ay qaynana bax, mən günahkar deyiləm" sözləri oxunur o üzlərdən... Çünki cəmiyyətimizdə bu məsələdə qadının üzərində basqı daha çox olur. Mən isə deyərdim ki, son zamanlarda qadın sonsuzluqları 40 faizdirsə, kişilərdə bu, 60 faizdir.

Əvvəllər daha çox qadınların üzərinə düşüb onları həkim-həkim gəzdirirdilər, kişilərin müayinəsinə ikinci dərəcəli baxılırdı. Çox şükür ki, bu gün kişilər də müayinə olunmağa üstünlük verirlər. Məncə, bunda toydan öncə edilən məcburi müayənin də əhəmiyyəti var. Kişilər artıq qəbul ediblər ki, belə də olmalıdır, birlikdə gəlməlidirlər. Hətta bəzən kişi özü tək müraciət edir, sonra qadınını gətirir.

Çox sevindirici haldır ki, bəzi savadlı analar hətta 14-15 yaşlı qızlarını müayinəyə gətirilər ki, nəsə patologiya varsa, erkən aşkarlansın. Amma 30 yaşın üstündə olan qızlarımız var ki, baxırıq ki, onun probleminin kökündə yeniyetməlik illərində ginekolaqa getməməsi dayanır. Hazırda bu problemlə gələn o qədər xəstəmiz var ki... Baxırsan ki, 30-dan çox yaşı var, hələ də menstrual sikli düzənli deyil, deyir 6 ayla, 8 ayla menstruasiya olmadığım vaxtlar olub. Və təəssüf ki, ailə qurana kimi bir dəfə də olsun bu problemi aradan qaldırmağa çalışmayıb. Müəyyən müddətdən sonra isə belə qızlara heç bir şəkildə kömək etmək olmur". 

Həyat tərzini dəyiş, sonra uşaq istə!

Cəmalə Hacıyeva sonsuzluğun səbəbləri arasında ilk növbədə düzgün olmayan qidalanmanı göstərir:

"Qidalanma, passiv həyat tərzi, piylənmə, zərərli vərdişlər sonsuzluğa səbəb olan amillərdir. Son illərdə buna infeksiyalar, çox partnyorluluq, radiasiyalar, hətta evdə istifadə etdiyimiz müxtəlif elektrik cihazları da səbəb olur. Bu dediyim faktorların hər biri həm qadın yumurtahüceyrəsinin, həm də kişi sperminin keyfiyyətini aşağı salır.  Ona görə biz ilk olaraq qəbula gələn pasiyentlərə müalicə təyin etməyə çalışmırıq. Əvvəlcə onun həyat tərzini, qidalanma rejimini düzgün qurmağa çalışırıq. Çünki əgər təkcə  dava-dərman müalicəsi etsək, bunun effekti yalnız 50 faiz ola bilər, artıq çəkini atmaq, düzgün həyat tərzi, sağlam qidalanma ilə isə bunu 100 faizə qaldırmaq olar. Sonsuzluq diaqnozu qoyulan elə qadınlar  var ki, müraciət edib o dəqiqə aşılanma olmaq istəyirlər. Amma həyat tərzini qaydaya salmadan yüksək nəticə almaq çətin olur. Bəzi hallarda həyat tərzini, qidalanma rejimini düzəltdikdə heç xəstəyə aşılanma etməyə ehtiyac olmur, spontan hamilə qalırlar. Bir pasiyentim var, övrə ilə müraciət etmişdi, toksikoloji bədəni vardı. Biz onu öncə sağlam qida uzmanına, dermatoloqa yönəltdik, onu sağaltdıq, ondan sonra hamiləlik müalicələrinə başladıq. Onu sağaltmadan hamiləliyə nail olsaydıq, bu, onun körpəsi üçün də zərərli olardı. Axı doğulacaq uşağın sağlamlığı ananın-atanın nə dərəcədə sağlam olmağından asılıdır. Bəzi pasiyentlərə heç nə yazmırıq, deyirik get həyat tərzini dəyiş, psixoloqa, nevropatlaqa müraciət et, əsəblərini normallaşdır.

Kərə yağı yeməmək də sonsuzluq səbəbləri sırasındadır?! 

Ginekoloq sonsuzluğun kökündə yedikləri yağın önəmini də vurğulayır: "Son zamanlar iki qrup insanlar var. Ya ümumiyyətlə yağ yemirlər, ya da keyfiyyətsiz yağ yeyirlər. Bizim atalarımız-babalarımız təmiz kərə yağı yeyiblər, heç artıq çəkiləri də olmayıb. Amma indi deyirlər, yox biz yağ yemirik ki, kökəlməyək. Çünki onlar presslənmiş yağlar yeyərək kilo alırlar. Hər bir insan kərə yağı yeməlidir. Yumurtalıq keyfiyyəti, sperm keyfiyyəti, beyin fəaliyyəti üçün kərə yağı çox önəmlidir. Labarotoriyalara verib yağları yoxlatmışıq, çox keyfiyyətsiz nəticələr almışıq. Ona görə çalışıb təmiz kərə yağı yemək lazımdır.  Kişi sonsuzluğunun təməlində bununla yanaşı,  siqaret, spirtli içkilər, qəlyan da gəlir. Bir də görürsən ki, 21-22 yaşında oğlanlar gəlir ki, spermi sıfırdır. Və ya çox aşağı faizlidir. Belə olan halda onlar spermlərini dondururlar ki, 3-5 il sonra övlad sahibi olmaq istəyəndə dondurulmuş spermləri ilə buna nail olsunlar.  

Düzdür, bəzi qadınlarda səbəb tamam başqa olur, antimüllerləri aşağı olur, onların hamilə qalması aşılama ilə də çətin olur. Aşılama normalda hamiləlik şansını yüzdə 25 faiz artırırsa, belə qadınlarda bu şans 10 faizə düşür. Son zamanlar tətbiq etdiyimiz gözəl bir dərman preparatı var. Gözəl yumurtalıq rezervuarı verir. 20-45 yaş qadınlarda  yumurtalıq rezervuarı 7-dən çox olmalıdır. Amma elə qadınlar gəlir ki, 0,2 yumurtalıq rezervuarı var. 30 yaşlı xəstələr gəlir ki, erkən klimaks əlamətləri başlayıb. Ümumiyyətlə, bütün dünyada qadınlar bu problemlə üz-üzədirlər. Ona görə daim müayinələrdən keçirlər. Bunun üçün kontraseptivlər veririk. Yumurtalara pauza veririrk. Vitamin və minerallar yazırıq".

Dar geyimlər çanağın inkişafına mane olur!

(adsgarden = window.adsgarden || []).push({});