İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq?


Digərləri 17 Noy 2019 15:54:00 327 0

İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq?

"İcbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək".

Son.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən bildiriblər.

Rəsmi məlumata görə, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir:

"Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği və bu xidmətlərdən istifadə şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Agentlikdən həmçinin bildirilib ki, "Tibbi sığorta haqqında" Qanunun 15-4.1.2-ci maddəsinə əsasən sığortaolunanın Azərbaycan Respublikasında dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək hüququ var: