Soyuq havalarda gözləri soyuqdan necə qorumaq lazımdır?


Digərləri 17 Noy 2019 15:48:00 271 0

Soyuq havalarda gözləri soyuqdan necə qorumaq lazımdır?

Hava soyuduqda bəzi insanlarda göz infeksiyaları baş qaldırır. Belə ki, insanlar göz sulanmasından, işığa qarşı həssaslıqdan şikayət edirlər.

Bəs soyuq havalarda gözləri soyuqdan necə qorumaq lazımdır?

Son.az xəbər verir ki, bu barədə Lent.az-ın suallarını cavablayan oftalmoloq Qəmər İsmayılova bildirib ki, havalar soyuduqda immunitet zəifləyir və ən həssas orqan olan gözlərdə problem yaranır:

"Bu havalarda mütləq gözün təmizliyinə diqqət edilməlidir. Bildiyiniz kimi, payız mövsümündə bir çox xəstəliklər, infeksiyalar baş qaldırır. Bunlar arasında göz infeksiyaları da yer alır. Buna görə öncə gigiyenik qaydalara riayət edilməli, əlləri və üzü tez-tez yumaq lazımdır. Göz infeksiyası qaşınma, sulanma, qızartı kimi hallarla müşahidə edilir. Bəzən 1-2 həftəyə keçir, amma vaxtında qarşısı alınmazsa, daha ciddi fəsadlara yol aça bilər".

Həkimin sözlərinə görə, göz infeksiyası keçici olduğu üçün həmin xəstəyə aid dəsmal və ya kosmetik vasitələrdən istifadə etmək olmaz:

(adsgarden = window.adsgarden || []).push({});