"Pokrov Məhərrəm" hara qaçırmış?


Digərləri 17 Noy 2019 15:12:00 259 0

"Pokrov Məhərrəm" hara qaçırmış?

Bir qədər əvvəl Rusiyanın Volqoqrad vilayətinin Novonikolayevsk rayon məhkəməsinin haqqında deportasiya qərarı çıxardığı "Pokrov Məhərrəm" ləqəbli Məhərrəm Quliyev barədə Rusiya KİV-ə maraqlı məlumatlar daxil olub. Söhbət Məhərrəm Quliyevin harada və necə saxlanıldığından, onun indiyədək yaşadıqlarından gedir.

Son.az lent.az-a istinadən bildirir ki, Məhərrəm Quliyev "Kaspi" federal yolunun 650-ci kilometrliyində təsadüfən ələ keçib. Söhbət ondan gedir ki, həmin ərazidə Quliyevin maşınını saxlayan yol polisi onun pasport qeydlərini yoxlayarkən Rusiya Federasiyası ərazisində müddətdən artıq qaldığını müəyyən edib. İlkin tədqiqat zamanı o da məlum olub ki, onun 1996-cı ildə Novqorod vilayətində aldığı Rusiya ümumvətəndaşlıq pasportu belə saxtaymış.

Bundan sonra məhkəmə önünə çıxarılan Məhərrəm Quliyev miqrantların müvəqqəti saxlanma məntəqəsinə göndərilib.

Amma rusiyalı həmkarlarımız "Pokrov Məhərrəm"lə bağlı maraqlı araşdırma aparıblar.