Kral arvadları və uşaqlarına 19 “RollsRoyce” və 20 BMW aldı


Digərləri 17 Noy 2019 14:49:00 304 0

Kral arvadları və uşaqlarına 19 “RollsRoyce” və 20 BMW aldı

Afrikanın ən kasıb ölkəsi sayılan Esvatininin kralı III Msvati 19 ədəd "Rolls-Royce" və 20 ədəd BMW markalı avtomobil alıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu maşınları 15 arvadı, 23 uşağı və digər qohumlarına verib. 

Avtomobilləri gizlin şəkildə gecə vaxtı ölkəyə gətirməyə çalışıblar, ancaq kral ailəsinin bu istəyi ürəyində qalıb. 

Yerli müxalifət bu avtomobillərin alınması ilə bağlı məlumat paylaşaraq, insanları mitinqə çağırıblar. Müxalifət ölkədə orta aylıq əmək haqqının 128 dollar olmasına baxmayaraq, kralın 213 milyon dollar sərvətinin olmasına da etiraz edib. 

(adsgarden = window.adsgarden || []).push({});