MSK: Seçici aktivliyi 37,14 faiz təşkil edir


Digərləri 17 Noy 2019 14:27:00 291 0

MSK: Seçici aktivliyi 37,14 faiz təşkil edir

Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər çərçivəsində saat 09:00 üçün seçici aktivliyi 37,14 faiz təşkil edib

Bakı. Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər çərçivəsində saat 09:00 üçün seçici aktivliyi 37,14 faiz təşkil edib. Trend-in "BELTA"ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib. Onun sözlərinə görə, ən böyük seçici aktivliyi Mogilevsk vilayətində qeydə alınıb - 41,36 faiz. Bundan əlavə, Qomel vilayətində - 40,38 faiz, Vitebsk vilayətində - 38,63 faiz, Qrodnensk vilayətində - 37,43 faiz, Brest vilayətində - 35,14 faiz, Minskdə - 29,53 faiz təşkil edib. (adsgarden = window.adsgarden || []).push({}); MSK sədri xatırladıb ki, növbədənkənar səsvermədə seçici aktivliyi 35,77 faiz təşkil etmişdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin