Müsavatın iç üzü Avropa gündəmində Almandilli mətbuat partiyanın "mühacir alveri"dən yazdı


Siyasət 17 Noy 2019 14:04:00 323 0

Müsavatın iç üzü Avropa gündəmində  Almandilli mətbuat partiyanın "mühacir alveri"dən yazdı

ALDE-nin (Avropa üçün Liberallar və Demokratlar İttifaqı-red) yanında da biabır etdilәr Müsavat partiyasını.

Son.az Trend-ə istinadən bildirir ki, bu haqda Avropada yaşayan keçmiş Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkədə yazıb. O bildirib ki, Qafqazla bağlı xәbәrlәr verәn almandilli media yenidәn mühacir qaçaqçılığı mövzusuna yer verib:

"Bildiyimiz mәlumatlarla yanaşı, hadisәdә hәbs vә ittiham olunan Müsavat üzvlәrinin siyahısını dərc edib. Sonda Müsavat Partiyası haqda mәlumat verib".

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.