NATOda böhran: Alman deputat Makronu dəstəklədi


Dünya 17 Noy 2019 13:59:00 237 0

NATOda böhran: Alman deputat Makronu dəstəklədi

Yalnız öz kölgəsindən ibarət olan NATO böhran içərisindədir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Almaniya Yaşıllar Partiyasının millət vəkili Yurqen Trittin çıxış edib.

"Fransa lideri Emmanuel Makronun NATO-da "beyin ölümü"nün baş tutması barədə açıqlaması doğrudur. Alyans üzvləri arasında fərqli maraqların olması səbəbindən təhlükəsizliyi təmin etmək olmur. Üzvlər arasındakı strateji qarşıdurmalar Rusiya ilə münasibətlərdə də özünü göstərir", - Trittin qeyd edib.