Tramp tibbi müayinədən keçdi


Dünya 17 Noy 2019 12:04:00 287 0

Tramp tibbi müayinədən keçdi

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bu gün tibbi müayinədən keçib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, TASS-ın yaydığı məlumatda Ağ evin mətbuat katibi Stefani Qrişem müayinənin nəticələrini açıqlayıb.

Məlumata görə, ABŞ prezidenti Merilend ştatında yerləşən Uolter Rid adına xəstəxanadan tibbi müayinədən keçib. Müayinəyə səbəb Trampın 2020-ci ildə prezident seçkiləri zamanı vaxtını səmərəli sərf etmək istəməsi olub.