İraq İranla sərhəd keçidini bağladı


Dünya 17 Noy 2019 11:19:00 261 0

İraq İranla sərhəd keçidini bağladı

Bağdad İranla sərhəd keçid məntəqəsi olan Şalamçeni bağlayıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə iranlı diplomatlar və təhlükəsizlik orqanları məlumat verib.

Məlumata görə, keçid məntəqəsinin bağlanmasını rəsmi Tehran istəyib. İraqla sərhədi keçmək piyada insanlara qadağan olunub. Mallar və yüklərin daşınmasına məhdudiyyət qoyulmayıb.