Belarusda parlament seçkiləri keçirilir


Dünya 17 Noy 2019 10:54:00 375 0

Belarusda parlament seçkiləri keçirilir

Bu gün Belarusda parlamentin aşağı palatasına seçkilər keçirilir.

Son.az APA-ya istinadən bildirir ki, səsvermə yerli vaxtla saat 20.00-a qədər davam edəcək.

Ölkədə 5 min 830, ölkədən kənarda isə 46 seçki məntəqəsi yaradılıb. Son məlumatlara görə, 110 deputat mandatı uğrunda 513 namizəd mübarizə aparır. 6 milyon 880 min seçicinin olduğu Belarusda seçicilərin 1 milyon 300 min nəfəri paytaxt Minskdə yaşayır.