İŞİD 10 möhtəşəm memarlıq abidəsini yer üzündən sildi


Digərləri 17 Noy 2019 10:34:00 311 0

İŞİD 10 möhtəşəm memarlıq abidəsini yer üzündən sildi

Kimsə İŞİD-i dövlət, kimsə terrorçu təşkilat adlandırır, amma fakt dəyişməz olaraq qalır - İŞİD Yaxın Şərqin bir çox mədəni dəyərlərini məhv edib və buna davam edir. Bu destruktiv və açıq vəhşiliyin səbəbini qondarma İslam dininə yönəlik səhv inancın formalaşması kimi qələmə almaq olar.

Son.az İŞİD-in məhv etdiyi 10 möhtəşəm tarixi abidəni tərtib edilən icmalla oxucuların diqqətinə çatdırır.

1. Tal-Afar qalası

Osmanlı imperiyası tərəfindən tikilmiş Tal-Afar istehkamını 2005-ci ildə ABŞ qüvvələri döyüş bazası kimi istifadə edirlər. Çünki təpənin zirvəsində yerləşən bu qaladan bütün şəhər çox gözəl görünür. 2014-ci ildə bu qala "İslam dövləti" tərəfindən ələ keçirilir. Terrorçular qalanı qadınlar türməsi kimi istifadə edirdilər, hansı ki, ələ düşən qadınları oradan seks-kənizlər kimi satırdılar. 31 dekabr 2014-ci ildə İŞİD qalanın şimal və qərb divarlarını partladır, eləcə də satış üçün artefaktlar tapmaq məqsədilə tamam viran qoyur.

2. Nineviya şəhərində Lamassu

Nineviya - dünyanın ən qədim şəhərlərindən sayılır. 8000 ildir ki, mövcud olan abidələr "İslam dövləti"nin vəhşiliyinə tab gətirə bilmir. İnsan başlı qanadlı öküz heykəllər min illər bundan əvvəl qədim şəhərin divarlarında həkk olunub və şəhərin keşiyində dayanıb. Lamassu adlanan bu artefakt qədimdə Assuriya allahı hesab olunurdu və qoruyucu mənasını verirdi. Buna görə də, təəccüblü deyil ki, bu heykəltəraşlıq nümunələri əsasən şəhərin girişində əks olunub. Min illər şəhəri qoruyan Lamassu İŞİD-dən heç özünü də qoruya bilmir.

3. Baş Tapiya qəsri

12-ci əsrdə tikilmiş bu qəsr Mosulun 7 qalasından biri kimi inşa edilib. Baş Tapiya qəsri uzun illər ərzində çoxsaylı mühasirələrə və döyüşlərə tab gətirir, nəhayət, İŞİD terrorçilarının əlilə 2015-ci ilin aprelində "öldürülür". "İslam Dövləti" Baş Tapiyanın məhv edilməsinin səbəbi kimi "islam prinsiplərinə uyğun gəlmir" uydurmasını bəhanə gətirir.

4. Mosulun mərkəzi kitabxanası

Dünyaya meydan oxuyan barbarların növbəti hədəfi Mosul mərkəzi kitabxanası olur. Mərkəzi kitabxana tamamilə dağıdılıb, və bir çox qədim papiruslar yandırılıb. Bu, bəşəriyyət üçün böyük itkidir, çünki bəzi artefaktların 7000 ildən artıq yaşı var idi. Yayılmış videolardan görə bilirik ki, bir sıra yaşlı insan kitabxananın yanında dayanaraq, yaraqlılardan abidəni "bağışlamaqları" üçün yalvarırlar. Yaraqlılardan biri cavab verir ki, "bu kitablar Allaha itaətsizliyə çağırır, ona görə də onlar məhv olacaq". Məhv edilmiş əşyalar arasında 8 min nadir kitab və əlyazmalar var idi, hansı ki, artıq bərpa etmək mümkün deyil.

5. Yunus peyğəmbərin məscidi

Yunus Peyğəmbər qərb dünyasında daha çox İon kimi tanınır. Balinanın udduğu Yunus peyğəmbər haqqında həm İncildə, həm də Quranda bəhs olunur. Məscid ələ keçirildikdən sonra "İslam dövləti"nin döyüşçüləri məscidin daxilində quraşdırdıqları partlayıcı qurğularla abidəni tamamilə dağıtmışlar. Məscidin 1400 ildən çox yaşı var idi və əvvəllər Assuriya kilsəsi kimi tikilmişdi. Daxildə balinanın dişi və bir sıra digər əşyalarla bəzədilmiş bir tabut yer alırdı. Hesab edilir ki, orada Yunus peyğəmbərin cəsədinin qalıqları saxlanılırdı.

(adsgarden = window.adsgarden || []).push({});