İdman təyyarəsi qəzaya uğradı


Dünya 17 Noy 2019 10:04:00 299 0

İdman təyyarəsi qəzaya uğradı

Tək mühərrikli idman təyyarəsi Çexiyanın Litomerjitse şəhəri yaxınlığında qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə polisinin nümayəndəsi Alyona Bartoşova deyib.

Bildirilir ki, hadisə nəticəsində pilot həlak olub:

"Tək mühərrikli təyyarə Elba çayına çırpılaraq düşüb. Pilot həlak olub. Faciə Litomerjitse şəhəri yaxınlığındakı Kreşitse yaşayış məntəqəsi yaxınlığında baş verib".