Qar bu ölkəni iflic etdi


Dünya 17 Noy 2019 09:14:00 283 0

Qar bu ölkəni iflic etdi

İranın Tehran vilayətində bütün ibtidai və orta məktəblər güclü qar yağması səbəbindən noyabrın 17-də bağlanılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "İSNA" agentliyi vilayətin qubernatoru Mohseni Banpeyaya istinadən bildirib.

M.Banpeya deyib ki, meteoroloji xidmətin proqnozuna görə, Tehran vilayəti üzrə ibtidai və orta məktəblər səhər və günorta növbələrində bağlanacaq, artıq noyabrın 17-də bağlı olacaq.