ABŞ-da atışma baş verib: 5 nəfər ölüb


Digərləri 17 Noy 2019 05:54:00 287 0

ABŞ-da atışma baş verib: 5 nəfər ölüb

ABŞ-ın San Dieqo şəhərində baş verən atışmada üçü uşaq olmaqla 5 nəfər ölüb

Bakı. ABŞ-ın San Dieqo şəhərində baş verən atışmada üçü uşaq olmaqla 5 nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə "Fox News" telekanalı bildirib. Məlumata əsasən, səhər tezdən 911 xidmətinə zəng gəldi, ancaq yalnız mübahisə səsləri eşidilirdi. Silah səslərinin eşitdiyini bildirən qonşulardan daha bir zəng gəlmişdi. Hadisə yerinə gələn polis kişi və qadın cəsədi, həmçinin üç yaşlı uşağın cəsədi tapıb. (adsgarden = window.adsgarden || []).push({}); Beş və doqquz yaşlı uşaqlar daha sonra xəstəxanada öldülər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin