Ermənistanda 5 nəfər dəm qazından zəhərlənərək ölüb


Digərləri 17 Noy 2019 03:51:00 294 0

Ermənistanda 5 nəfər dəm qazından zəhərlənərək ölüb

Ermənistanda yaşlı bir qadın və dörd uşaq dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir

Bakı. Ermənistanda yaşlı bir qadın və dörd uşaq dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir. Trend-in məlumatına görə, bu barədə İstintaq komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib. N.Arutyunyanın sözlərinə görə, hadisə Yerevandan 25 kilometr məsafədə Nor-Açin şəhərində baş verib: "Mənzillərin birində 77 yaşlı qadının və dörd azyaşlı uşağın meyiti tapılıb". (adsgarden = window.adsgarden || []).push({}); Hadisə ilə bağlı cinayət işi başlanılıb. N.Arutyunyan qeyd edib ki, ilkin məlumata görə, beş nəfərin ölümü dəm qazından zəhərlənmə nəticəsində baş verib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin