Tehranda güclü qar yağması ilə əlaqədar məktəblər bağlanıb


Digərləri 17 Noy 2019 02:43:00 280 0

Tehranda güclü qar yağması ilə əlaqədar məktəblər bağlanıb

İranın Tehran vilayətində bütün ibtidai və orta məktəblər güclü qar yağması səbəbindən noyabrın 17-də bağlanılacaq

Bakı. İranın Tehran vilayətində bütün ibtidai və orta məktəblər güclü qar yağması səbəbindən noyabrın 17-də bağlanılacaq. Trend-in məlumatına görə, bu barədə "İSNA" agentliyi vilayətin qubernatoru Mohseni Banpeyaya istinadən bildirib. M.Banpeya deyib ki, meteoroloji xidmətinin proqnozuna görə, Tehran vilayəti üzrə ibtidai və orta məktəblər səhər və günorta növbələrində bağlanacaq noyabrın 17-də bağlı olacaq. (adsgarden = window.adsgarden || []).push({}); Agentlik bildirir ki, hava proqnoza görə, həftə sonları Tehranda qar, yağış və güclü külək gözlənilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin