Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarının qalibləri müəyyənləşib


Digərləri 17 Noy 2019 01:53:05 297 0

Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarının qalibləri müəyyənləşib

16-da Sumqayıt Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı Açıq Çempionatının qalibləri müəyyənləşib

Bakı. Cani Babayeva - Noyabrın 16-da Sumqayıt Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı Açıq Çempionatının və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatının və Bakı Birinciliyinin qalibləri müəyyənləşib. Trend-in məlumatına görə, "uşaqlar" (2003-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında qadın cütlüklərinin tərkibində çoxnövlülük üzrə proqramın (balans, temp və kombinə olunmuş hərəkətlər) nəticələrinə görə 26-cı Azərbaycan Çempionatı və Bakı Açıq Çempionatının mükaftçıları Zarina Musayeva və Mələk İbrahimova (birinci yer, 69.050 xal), Anastasiya Mazanova və Məryəm Məmmədova (ikinci yer, 67.500 xal), Selcan Axundzadə və Əsmər Rəhmətzadə (üçüncü yer, 62.000 xal) olublar. Birinci və üçüncü yerləri tutan idmançılar "Ocaq Sport" idman klubunu təmsil edir, ikinci yerin qalibləri Bakı gimnastika məktəbini təmsil edir. "Uşaqlar" yaş kateqoriyasında qarışıq cütlüklərdə birinci pilləni Rauf Cabbarov və Samirə Rüstəmova cütlüyü (79.200 xal), gimnastlar Bakı Gimnastika Məktəbini və "Ocaq Sport" idman klubunu təmsil edirlər. İkinci yeri "Neftçi" idman klubunun nümayəndəsi - Həmid Rəfiyev və Emin Əhmədov cütlüyü (60.600 xal) tutub. "Uşaqlar" yaş kateqoriyasında qadın qrupları arasında ən yaxşı nəticəni Bakı gimnastika məktəbinin nümayəndələri - Nəzrin Zeyniyeva, Anahita Bəsxiri, Zəhra Rəşidova (74.500 xal), ikinci yeri "Ocaq Sport" idman klubunun yertirmələri Diana Məmmədova, Dinara İbadova, Narmin Ağamirzazadə (71.850 xal) tutublar. "Uşaqlar" yaş kateqoriyasında kişilər qrupunda çıxış edən "Ocaq Sport" idman klubunun nümayəndələri İlyas Allahverdiyev, Elvin Vəliyev, Rəvan Zeynallı, Həsən Hüseynli 72.050 xal toplayıblar. "Yeniyetmələr" yaş kateqoriyasında (2001-2010) kişi cütlüyündə çıxış edən "Ocaq Sport" idman klubunun Şabran filialının şagirdləri Murad Əzizov və Nihat Zeynalov 65.900 xal nəticə göstəriblər. "Yeniyetmələr" yaş kateqoriyasında qadın cütlüklər arasında birinci yeri Bakı gimnastika məktəbinin və "Ocaq Sport" idman klubunun nümayəndələri Emiliya Xəlilova və Samirə Rüstəmova (75.200 xal), ikinci yeri isə "Neftçi" idman klubunun yetirmələri Mina Beydiyevva və Ayla Zakiryayeva (71.680 xal) tutublar. "Yeniyetmələr" yaş kateqoriyasında qarışıq cütlüklərdə Nizam Həmidulin və Mehriban Salamova (79.650 xal) ən yaxşı nəticə göstəriblər, Sabir Ağayev və Milana Əliyeva (78.950 xal) ikinci, Aylin Məmmədova və Turan Məmmədov isə üçüncü yerdə ( 77.700 bal) qərarlaşıblar. Bütün gimnastlar Bakı Gimnastika Məktəbini təmsil edir. Bakı Gimnastika Məktəbinin yetirmələri - "yeniyetmələr" yaş kateqoriyasında qadınlar qrupunda çıxış edən Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadə 84.000 bal toplayıblar. "Yeniyetmələr" (2000-2008) yaş kateqoriyasında kişi cütlüyünün tərkibində Bakı Gimnastika Məktəbinin yetirmələrin Daniel Abbasov və Murad Rəfiyevin cıxışı hakimlər tərəfindən 84.820 xalla qiymətləndirilib. Milli komandanın nümayəndələri Abdullah Əl-Myaşayhi və Ruxidil Qurbanlı "böyüklər" yaş kateqoriyasında (2006-cı il təvəllüdlü və daha yuxarı) qarışıq cütlüklərdə 30.390 xal toplayıblar. Milli komandanın nümayəndələri Seymur Cəfərov və Murad Akperov "böyüklər" yaş kateqoriyasında kişi cütlükləri arasında 28.190 xal topladılar.