Ədviyyatlar və onların faydalı xüsusiyyətləri


Digərləri 16 Noy 2019 23:14:00 280 0

Ədviyyatlar və onların faydalı xüsusiyyətləri

Ədviyyatlar orqanizmin ən fərqli sistemlərinə müsbət təsir göstərdikləri üçün insan qidalanmasında mühüm rol oynayırlar.

Son.az qafqazinfo-ya istinadən ədviyyatların faydalı xüsusiyyətlərini təqdim edir:

Vanil

Bu ədviyyat şokoladı sevən və onsuz yaşaya bilməyənlərə məsləhət görülür. Belə ki, vanilin qoxusu beyinə və iştahı stimullaşdıran hormonların sintezinə müsbət təsir göstərir. Ədviyyat stres və həyəcanı da aradan qaldırmağa kömək edir.  

Sarıkök

Sarıkökün köməkliyi ilə qanı təmizləmək, mədəni möhkəmləndirmək olar. Çoxdan məlumdur ki, sarıkök piy toxumalarının sıxlığını aşağı salır, piyin toplanmasının qarşısını alır, metabolizmi yaxşılaşdırır. Başqa sözlərlə desək, ədviyyat arıqlamaq istəyənlərə tam uyğundur.

Reyhan

Ədviyyat bir sıra faydalı xüsusiyyətlərə malikdir. İlk növbədə, ədviyyat əsəbləri möhkəmləndirir, yuxunu normallaşdırır, zehni fəaliyyəti stimullaşdırır və hüceyrələrin cavanlığını qoruyur. Ədviyyatın tərkibində olan çoxlu antioksidantlar sayəsində orqanizmin xarici qıcıqlandırıcılara reaksiyası yüksəlir, xərçəng hüceyrələrinin inkişaf riski aşağı düşür.

(adsgarden = window.adsgarden || []).push({});