Günün qoroskopu: Düşünülməmiş hərəkətlərdən qaçın, emosiyalarınızı cilovlayın


Digərləri 17 Noy 2019 00:01:00 335 0

Günün qoroskopu: Düşünülməmiş hərəkətlərdən qaçın, emosiyalarınızı cilovlayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - İşdə təşəbbüs göstərmək üçün münasib gündür. İdeyalarınız əladır, əvvəlcə kimsə bəyənməsə də, sonradan hamı bunların yaxşı olduğunu qəbul edəcək. Bu gün başlanan işgüzar münasibətlər ahəngdar və hamı üçün faydalı olacaq. İşləriniz elə də çox olmayacaq, həm şəxsi işləriniz, həm də yaxınlarınızla ünsiyyət üçün vaxtınız qalacaq. Hər şeyi çatdırmaq olar. Enerjiniz çoxdur, hətta dolğun gündən sonra da yorğunluq hiss etməyəcəksiniz.

Buğa - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısında sizə böyük üstünlük qazandırır. Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.

Əkizlər - Kütlə qarşısında çıxışlar, işgüzar danışıqların aparılması üçün münasib gündür. Əgər iş axtarırsınızsa, bu gün potensial sahibkarlarla görüş üçün çox əladır: onlarda lazımi təəssürat oyada bilərsiniz. Təşəbbüs göstərin, yeniliklərin və təkliflərin sizə çətinlik yaradacağından çəkinməyin.   Şəxsi həyatınızda situasiya birmənalı deyil: nəyin baş verdiyini ayırd etmək üçün intuisiyanızı dinləyin. Bütün problemlərin səbəbini tapıb aradan qaldırmaq asan deyil, amma mümkündür. Axşam özünüzü kiçik bir hədiyyə ilə sevindirin - buna tamamilə haqqınız çatır.  

Xərçəng - Əlinizi atdığınız hər bir işdə uğur qazanırsınız. Məsələləri düzgün qoymaq bacarığı çox faydalı olacaq - bunları yerinə yetirmək istəyənlər özlərini çox gözlətmirlər. Yeni tanışlarınızda yaxşı təəssürat oyadırsınız, amma çalışın ki, bunu qoruyub saxlaya biləsiniz. Ağlınıza maraqlı ideyalar, yeni uzunmüddətli planlar gəlir. Maliyyə işlərində səliqəli olmağınız şərtdir. Ödənilməmiş hesab, borcunuz varsa, dərhal ödəməyə tələsin. İşdə yeni vəzifələriniz peyda ola bilər, ofisdə istədiyinizdən artıq vaxt keçirməli olacaqsınız.

Şir -  Adamların arasında olmaq, özünüzə diqqət cəlb eləmək xoşunuza gəlir. Çox güman ki, haqqınızda şayiələr və qeybət dolaşacaq, amma bunlar sizə ziyan vura bilməyəcək. Siyasi həyata marağınız artır, bəzi Şirlər öz mövqelərini açıq-aşkar ortaya qoyur, amma ətrafdakıların təqdirini qazanmırlar. İşə köklənmək çətin olsa da, vacibdir - əgər belə etməsəniz, çoxlu səhviniz olacaq. Həmkarlarınızla flirt etmək, ortaqlarınızla romantik münasibətlərə başlamaq məsləhət deyil. Hansısa ziyafətdə maraqlı tanışlıq qura bilərsiniz.

Qız - Başqalarına nə qədər faydalı olursunuzsa, gününüz bir o qədər uğurlu keçir. Mümkün qədər çox qazanmağa çalışmayın - pullar özü gələcək, özü də heç gözləmədiyiniz yerdən. Həmkarlarınız və rəhbərliklə münasibətlərinizə diqqət edin: sırf işgüzar əlaqələri dostluq məcrasına yönəltməyin vaxtı çatıb. Həmfikirlərlə, sizin maraqlarınıza ortaq şəxslərlə ünsiyyət üçün uyğun gündür. Təcrübə mübadiləsi çox faydalı olacaq. Günün sonunda axır vaxtlar taleyi ilə çox maraqlandığınız bir adam barədə xəbər eşidəcəksiniz.

(adsgarden = window.adsgarden || []).push({});