Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur


Siyasət 17 Noy 2019 00:02:00 43 0

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Son.az Trend-ə istinadən bildirir ki, 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, həm də onları öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

Ancaq xalq anladı ki, həm Moskva, həm də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.

1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində Sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.

Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Günün qoroskopu: Düşünülməmiş hərəkətlərdən qaçın, emosiyalarınızı cilovlayın like
  • 17 Noy 00:01  
Digərləri Günün qoroskopu: Düşünülməmiş hərəkətlərdən qaçın, emosiyalarınızı cilovlayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur like
  • 17 Noy 00:01  
Digərləri Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

arrow Ətraflı
Tiflis onlara qadağa qoyur, bizdə isə...  Professor like
  • 16 Noy 23:55  
Digərləri Tiflis onlara qadağa qoyur, bizdə isə... Professor

Bir neçə gün öncə Gürcüstanda Həkimlik Fəaliyyətinin İdarə Olunması

arrow Ətraflı
Qırmızı çəkməli qızlar payızın stil ikonaları oldu  FOTO like
  • 16 Noy 23:50  
Digərləri Qırmızı çəkməli qızlar payızın stil ikonaları oldu FOTO

Qırmızı tufli və çəkmələr gözlənilmədən bu payızın ən populyar tr

arrow Ətraflı
“Baku Fashion Expo Midseason 2019” - “Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi (FOTO) like
  • 16 Noy 23:41  
Digərləri “Baku Fashion Expo Midseason 2019” - “Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi (FOTO)

Noyabrın 15, 16 və 17-də Bakıda ölkənin ən hərtərəfli dəb layihəsi o

arrow Ətraflı
Oriental rəqqasəni görən aktyor biganə qala bilmədi  VİDEO like
  • 16 Noy 23:29  
Digərləri Oriental rəqqasəni görən aktyor biganə qala bilmədi VİDEO

Məşhur aktyor Can Yaman oriental rəqqasə ilə rəqs edib.

arrow Ətraflı
Ölümündən sonra 300 il çürüməyən Diri baba  REPORTAJ  FOTO like
  • 16 Noy 23:24  
Digərləri Ölümündən sonra 300 il çürüməyən Diri baba REPORTAJ FOTO

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda

arrow Ətraflı