Tiflis onlara qadağa qoyur, bizdə isə... Professor


Digərləri 16 Noy 2019 23:55:00 383 0

Tiflis onlara qadağa qoyur, bizdə isə...  Professor

Bir neçə gün öncə Gürcüstanda Həkimlik Fəaliyyətinin İdarə Olunması üzrə Dövlət Agentliyi 6 həkimin fəaliyyətindəki qüsurlar səbəbindən lisenziyasının ömürlük ləğv edildiyi və həkimlik fəaliyyətlərinə son qoyulduğu barədə məlumat yaymışdı.

Məlumatda qeyd olunurdu ki, həkimlik fəaliyyətinə qadağa qoyulmasına səbəb onların səhlənkarlığı nəticəsində xəstə ölümlərinin baş verməsidir.

Azərbaycanda analoji cəzadan niyə istifadə edilmir? Ölümə səbəb olan həkim hətta şərti cəza müddətində belə həkimlik fəaliyyətini necə davam etdirir?

Son.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda həkimlərə fəaliyyət göstərmələri üçün 5-10 illik lisenziya verilir: