Ölkələrin qəribə qadağaları FOTO


Digərləri 16 Noy 2019 22:40:00 299 0

Ölkələrin qəribə qadağaları  FOTO

Bəzən turistlər səyahət etdikləri ölkələrdə qəribə qadağalarla qarşılaşırlar. Bu qadağalar onlara hər nə qədər gülməli görünsə də, ölkələrin qanunlarına riayət etməkdən başqa çarə qalmır.

Son.az qafqazinfo-ya istinadən 10 ölkə və həmin ölkələrdəki qeyri-adi qadağaları təqdim edir:

Səudiyyə Ərəbistanı və BƏƏ - Müqəddəs Ramazan ayında bu ölkələrdə ictimai yerlərdə qidalanmaq və su içmək qadağandır. Üstəlik bu qanun heç də kağız üzərində deyil. Sonuncu dəfə belə hadisə Avropadan olan 3 turistin başına gəlib. Belə ki, Dubayın mərkəzində hər kəsin gözü önündə şirə içən turistlərin hər biri 275 dollar cərimələnib.

İtaliya - Palermo çimərliyində çılpaq günəşlənmək və çimmək qadağandır. Üstəlik bu qadağa kişilərə və çirkin qadınlara aiddir. Gözəlliyinə tam arxayın olan qadınlar isə rahatlıqla bu qanundan kənara çıxa bilərlər.

Kuba - 2008-ci ildə Fidel Kastronun ölümündən sonra Azadlıq adasında mobil telefondan, ümumiyyətlə internetdən istifadə qadağandır. Bu məhdudiyyət yalnız dövlət məmurlarına və iri şirkətlərin nümayəndələrinə aid edilmir. Adaya gələn turistlər də mobil telefondan rahatlıqla istifadə edə bilər.

Rusiya - 2008-ci ildən qəbul edilmiş qanuna görə, emoları xatırladan görünüşdə gəzmək, yaxud onları xatırladan obrazdan istifadə etmək qadağandır. Buna səbəb isə emoların depressiv ideyalar yayıcısı olmaları və intiharların çoxalmasına səbəb yaratmalarıdır.

Rusiyada daha bir qadağa avtomobillərin çirkli nömrə nişanları ilə bağlıdır. Dövlət nömrə nişanının toz və ya palçıqla örtülməsi cinayət məcəlləsi üzrə cəzalandırılmaq deməkdir.

(adsgarden = window.adsgarden || []).push({});