Almaniyada ictimai nəqliyyatda uşaqlar üçün gediş haqqı nə qədərdir?


Digərləri 16 Noy 2019 22:44:00 333 0

Almaniyada ictimai nəqliyyatda uşaqlar üçün gediş haqqı nə qədərdir?

Almaniyanın Drezden və Leypsiq şəhərlərində məktəbə gedənə qədər, qalan şəhərlərində isə altı yaşına qədər bütün uşaqlar üçün gediş haqqı pulsuzdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 14 yaşına qədər uşaqlar üçün biletlərin ən aşağı tarifi Leypsiqdədir. Onlar bir gedişə 1,20 avro ödəyirlər. Ən bahalı gediş haqqı Rur vilayəti şəhərlərində (Bohum, Dortmund, Duysburq, Düsseldorf, Essen, Vuppertal) və Berlindədir: 1,70 avro.

Bu tariflər təkcə Almaniya vətəndaşları olan uşaqlara deyil, ölkədəki əcnəbilərə də şamil edilir. Odur ki, bu informasiya Azərbaycandan olan turistlər üçün də faydalı ola bilər.

(adsgarden = window.adsgarden || []).push({});