Avropada daşqınlar həm infrastruktura, həm də insanların sağlamlığına təhlükə yaradır


Dünya 16 Noy 2019 22:35:00 67 0

Avropada daşqınlar həm infrastruktura, həm də insanların sağlamlığına təhlükə yaradır

Dünya Səhiyyə Təşkilatı (DST) Avropada güclü daşqınlarla əlaqədar bu hadisələrin insanların sağlamlığı üçün potensial təhlükə mənbəyi olması barədə xəbərdarlıq edir və əhalini qorumağa kömək edə biləcək tədbirlər təklif edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu tədbirlər gələcəkdə də faydalı olacaq, çünki ekstremal təbiət hadisələri bundan sonra daha tez-tez baş verə bilər.

Daşqınlar təbii fəlakətlərin Avropada ən geniş yayılmış növlərindən biridir. Son 20 ildə bu daşqınlar region ölkələrinin demək olar ki, heç birindən yan keçməyib. Lakin bu il Avropanın çox yerində daşqınlar görünməmiş miqyas alıb. Məsələn, Venesiyada suyun səviyyəsi son 50 ildə rekord həddə çatıb, Monteneqroda bütöv yaşayış məntəqələri su ilə əhatə olunub, Böyük Britaniyada isə insanlar öz evlərini tərk etməyə məcbur olublar.

DST-nin Avropa bürosunda xatırladırlar ki, daşqınlar zamanı adətən içməli su qıtlığı yaranır, sanitar-gigiyena şəraiti pisləşir, insanlar xəsarət alır. Bütün bunlar əhalinin sağlamlığına mənfi təsir göstərir. Lakin müxtəlif xidmətlərin, o cümlədən tibb müəssisələrinin işində fasilələr yaranması üzündən, insanlar heç də həmişə zəruri tibbi yardım ala bilmirlər.

Daşqınlar çox vaxt faciəyə səbəb olur. İnsanlar suda boğulur, onları elektrik cərəyanı vurur. XXI əsrin əvvəlindən indiyə qədər regionda minlərlə insan daşqınların qurbanı olub. Daşqınlardan zərər çəkənlərin sayı isə bir neçə milyondur.

Hindistanda MiG29K qırıcısı qəzaya uğrayıb like
  • 16 Noy 22:30  
Dünya Hindistanda MiG29K qırıcısı qəzaya uğrayıb

Hindistanda MiG-29K təyyarəsi uçuşdan qısa müddət sonra qəzaya uğrayıb

arrow Ətraflı
Hindistanda MiG-29K qırıcısı qəzaya uğrayıb like
  • 16 Noy 22:25  
Digərləri Hindistanda MiG-29K qırıcısı qəzaya uğrayıb

Hindistanda MiG-29K təyyarəsi uçuşdan qısa müddət sonra qəzaya uğrayıb

arrow Ətraflı
Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa... like
  • 16 Noy 22:04  
Digərləri Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...

Saqqız həqiqətən ağız boşluğunu bakteriyalardan təmizləməyə kömək

arrow Ətraflı
Ayaqları soyuq saxlamaq immuniteti zəiflədir like
  • 16 Noy 21:50  
Digərləri Ayaqları soyuq saxlamaq immuniteti zəiflədir

Alimlər immuntitetə zərbə vuran səbəbləri açıqlayıb. Onlardan biri də

arrow Ətraflı
İraqda İŞİDin iki rəhbəri zərərsizləşdirilib like
  • 16 Noy 21:45  
Dünya İraqda İŞİDin iki rəhbəri zərərsizləşdirilib

İraqın güc strukturları Bağdadın şimalında İŞİD terror qruplaşmasın

arrow Ətraflı
Xərçəng xəstəliyini 5 il əvvəldən xəbər verən əlamətlər  Gecə bu saatda oyanmaq... like
  • 16 Noy 21:40  
Digərləri Xərçəng xəstəliyini 5 il əvvəldən xəbər verən əlamətlər Gecə bu saatda oyanmaq...

Bəzən yanlış olaraq düşünürlər ki, xərçəng xəstəliyi xəbər verm

arrow Ətraflı
İraqda İŞİD-in iki rəhbəri zərərsizləşdirilib like
  • 16 Noy 21:36  
Digərləri İraqda İŞİD-in iki rəhbəri zərərsizləşdirilib

İraqın güc strukturları Bağdadın şimalında İŞİD terror qruplaşmasın

arrow Ətraflı
Yuxu zamanı insan bədənində baş verən 10 MÖCÜZƏVİ DƏYİŞİKLİK like
  • 16 Noy 21:35  
Digərləri Yuxu zamanı insan bədənində baş verən 10 MÖCÜZƏVİ DƏYİŞİKLİK

İnsan həyatın təxminən 1/3 hissəsini yuxuda keçirir. Yuxu həyati vacibdi

arrow Ətraflı