Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...


Digərləri 16 Noy 2019 22:04:00 352 0

Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...

Saqqız həqiqətən ağız boşluğunu bakteriyalardan təmizləməyə kömək edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Hollandiya alimləri saqqızın ağız boşluğunda yaşayan bakteriayalara təsirini araşdırmaq üçün xüsusi eksperiment aparıblar.

Eksperiment zamanı mütəxəssislər aşkar ediblər ki, ilk 1 dəqiqə ərzində saqqız ağız boşluğunu milyonlarla bakteriayadan təmizləyir və bunu hətta diş fırçasından da yaxşı edir.

Lakin 1 dəqiqədən sonra saqqızı atmaq lazımdır ki, bu müddətdən sonra saqqıza yapışmış bakteriyalar yenidən ağız boşluğuna qayıdır.

Uzun müddət və xüsusilə acqarına saqqız çeynəmək mədə-bağırsaq sistemi xəstəliklərinin inkişafının riskini xeyli artırır. Çeynəmə prosesi başlayanda həzm sistemində müəyyən proseslər başlayır -  mədə şirəsi, fermentlər və s. ifraz olunur. Əgər həzm sisteminə heç nə daxil olmazsa, şirə və turşular həzm orqanlarına mənfi təsir etməyə başlayır.    

(adsgarden = window.adsgarden || []).push({});