Plastik pəncərə, qənd, un, saqqız... Dioksid titan tərkibli məhsullar xərçəng təhlükəlidir
Digərləri 16 Noy 2019 21:59:00 344 0
Avropa səhiyyə komissiyası məişətdə istifadə olunan bir çox əşyalarda olan dioksid titan kanserogen təsirli maddələr siyahısına daxil edib.
Bu maddə plastik qapı-pəncərə materiallarında geniş istifadə olunur. Məhz dioksid bu pəncərələrə qar bəyazlığı verib, işığa davamlılıq verir.
Son.az medicina.az-a istinadən bildirir ki, 10 illərdir dioksid titan plastik istehsalında tətbiq edilir, lakin kanserogen maddələr siyahısında deyildi.
18 oktyabrda baş tutan iclasda ekspertlər son illər apardıqları araşdırmaların nəticələri üzrə dinləmələr etdi və qərara aldılar ki, insan orqanizmi üçün təhlükəli olan dioksid onkoloji xəstəlik yaradan maddələr siyahısına daxil edilsin.
Sənəd Avropa Birliyi Parlamentinə daxil ediləcək. 2021- ci ildə qəbul edilsə, tərkibində dioksid olan bütün məhsullar bu siyahıya daxil ediləcək. İstehsalçılar mütləq qutuda tərkibdə dioksid olmasını qeyd etməli olacaq və istehlakçıların bundan xəbəri olmalıdır.
Dioksid titan niyə təhlükəlidir?
Dioksid titan təkcə plastikdə olmur. Eləcə də yeyinti məhsulları: uşaq qidaları, ağ un, şəkər, süd məhsulları, bəzi şirniyyatlarda da qar kimi bəyazlıq vermək və bu rəngi uzun müddət saxlamaq üçün dioksid əlavə olunur.
(adsgarden = window.adsgarden || []).push({});