Uşaqlarda boğaz ağrıları


Digərləri 16 Noy 2019 21:15:00 283 0

Uşaqlarda boğaz ağrıları

Fəsil dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Xüsusilə payız və qış mövsümü orqanizmin xəstəliklərə qarşı ən həssas olduğu dövr sayılır. Həmin aylarda immun sistemi zəif olanlarda bir çox problemlər özünü göstərir. Elə bu səbəbdən də mütəxəssislər həmin aylarda diqqətli olmağı məsləhət görürlər.

Boğaz ağrıları soyuq fəsillərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır və həmin narahatlıq əksər hallarda boğazın iltihabi prosesi şəklində üzə çıxır.

Son.az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Boğaz ağrılarının ən geniş yayılmış səbəbi soyuqdəymə və qrip hesab olunur. Həmin hala uşaqlar arasında daha çox rast gəlinir. Təcrübə göstərir ki, 4-7 yaşarası uşaqlar həmin problemlə daha tez-tez üzləşirlər.

Boğaz ağrısının digər bir səbəbi isə bakterial infeksiyalardır. Udqunmaq, yemək və danışmağa çətinlik törədən boğaz ağrısı həyat tərzinə və yaşam keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də dəyişən fəsillərdə sağlamlığa ciddi fikir vermək lazımdır".

(adsgarden = window.adsgarden || []).push({});