Hıçqırıq xərçəng yaradır? ARAŞDIRMA


Digərləri 16 Noy 2019 20:30:00 268 0

Hıçqırıq xərçəng yaradır?  ARAŞDIRMA

Hıçqırıq xüsusilə mədə turşuluğunun artıq olub qida borusuna keçməsi, beyindaxili təzyiqin artması, sidiyin çoxalması və steroid kimi hallarda dərmandan istifadə edən insanlarda daha tez-tez müşahidə olunur.

Son.az medicina.az-a istinadən bildirir ki, Nevrologiya üzrə mütəxəssislər  hıçqırığın faydalı fizioloji xüsuyyətinin indiyədək tapılmadığını qeyd edir. Hıçqırıq hər hansı xəstəliyin də səciyyəvi xüsusiyyəti sayılmır. Ancaq bəzi xəstəliklər zamanı daha tez-tez müşahidə olunur. Əsasən tənəffüs əzələsi və sinə əzələlərinin ani sıxılması və boğazdakı bir qapaqcığın sürətlə qapanması və ya sıxılması nəticəsində meydana çıxa bilər. Bu hal qarın orqanlarında da yaranır. Lakin hıçqırıq bu kimi xəstəliklər və heç bir səbəb olmadan da yarana bilər. 

Həkimlər bildirir ki, hıçqırığın sonlandırılması üçün karbondioksidin artırılmasının lazım olduğunu qeyd edirlər. sözlərinə görə, kağız paketə nəfəs verərək karbondioksidi almaq və bu yolla da hıçqırığı azaltmaq olar. Sərbəst şəkildə edilə biləcək əsas üsullardan biri budur. Çox davam edən və keçməyən hıçqırıq varsa, o zaman mütləq həkimə müraciət olunmalıdır.

Davamlı və keçməyən hıçqırıq zamanı bir neçə dərman preparatı təyin olunur, əvvəllər təcrübədən keçirilmiş üsullardan istifadə olunur. Məsələn, nəfəsi saxlamaq, soyuq su içmək, qorxmaq, xarici qulaq yolunu tıxamaq və limon içmək əslində yanlış üsullardır və daha fərqli xəstəliklərə səbəb ola bilər.

Davamlı hıçqırıq tutursa, diqqətli olun!

(adsgarden = window.adsgarden || []).push({});