24 ildir görmədiyi keçmiş ərinə böyrəyini bağışladı FOTO


Digərləri 16 Noy 2019 20:09:00 314 0

24 ildir görmədiyi keçmiş ərinə böyrəyini bağışladı  FOTO

Türkiyəli Lale Oğultürk adlı qadının atdığı addım eşidənləri təəccübləndirib. Belə ki, o 24 il əvvəl evli olduğu Murad Gezginoğlu üçün donor olub.

Son.az medicina.az-a istinadən bildirir ki, onlar 3 il evli qaldıqdan sonra ayrılıb. Bundan sonra heç bir əlaqələri olmayıb və hər iki şəxs yenidən ailə həyatı qurub. Lalə bu yaxınlarda bir qohumu ilə danışarkən keçmiş ərinin böyrək çatışmazlığı olduğunu və donor axtardığını öyrənib.

Dərhal ona zəng vuraraq donor olmaq istədiyini deyib. Daha sonra edilən analizlərlə böyrək uyğunluğu olub və Lalənin bir böyrəyi Murada köçürülüb. Həkimin dediyinə görə, hazırda ikisinin də vəziyyəti qaydasındadır.

Lalə əməliyyatdan sonra daha da yaxşı hiss etdiyini vurğulayıb.

(adsgarden = window.adsgarden || []).push({});