Bloomberg: Bill Qeyts yenidən milyarderlər reytinqinə başçılıq edir


Digərləri 16 Noy 2019 19:54:00 294 0

Bloomberg: Bill Qeyts yenidən milyarderlər reytinqinə başçılıq edir

"Microsoft" kompaniyasının qurucusu Bill Qeyts "Amazon" online-reteylerinin rəhbəri Ceff Bezosu qabaqlayaraq ikiillik fasilədən sonra yenidən "Bloomberg Billionaires Index" milyarderlər reytinqinə başçılıq edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bill Qeytsin reytinqdə ilk yerə çıxmasına "Microsoft" və Pentaqon arasında imzalanan və hərbi qurumun məlumatlarının saxlanılması üçün "bulud" infrastrukturunun qurulmasını nəzərdə tutan 10 milyard dollarlıq müqavilə səbəb olub. "Microsoft" aksiyalarının bahalaşması Bill Qeytsin varidatının artaraq 110 milyard dollara çatması ilə nəticələnib.

Qeyd edək ki, bundan öncə Pentaqonla müqavilənin bağlanması üçün əsas namizəd 109 milyard dollarla ikinci pilləyə enən Ceff Bezosun "Amazon" kompaniyası olub. Dünyanın ən varlı insanları reytinqində üçüncü pillədə aktivləri 103 milyard dollar həcmində qiymətləndirilən Fransanın "Louis Vuitton Moët Hennessy" kompaniyasının prezidenti Benua Arno qərarlaşıb.

(adsgarden = window.adsgarden || []).push({});