Honq Konqda avtobus qəzasında 30dan çox insan yaralanıb


Dünya 16 Noy 2019 19:25:00 359 0

Honq Konqda avtobus qəzasında 30dan çox insan yaralanıb

Bu gün Honq Konqda ikimərtəbəli reys avtobusunun iştirakı ilə baş verən yol qəzasında 30-dan çox insan xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "South China Morning Post" qəzeti bildirib.

Məlumata əsasən, onlardan 12-si xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü naməlum səbəbdən idarəetməni itirib və nəticədə qəza baş verib.