Sumqayıtda kəskin iyqoxunun yayıldığı ərazidə araşdırmalar aparılır


Digərləri 16 Noy 2019 18:50:00 284 0

Sumqayıtda kəskin iyqoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gediblər.

Hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.

Trend-in məlumatına görə, Nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək. Hazırda araşdırmalar davam etdirilir.