Füzulidə hərbi təyinatı olmayan metal əşya aşkar olunub (FOTO)


Digərləri 16 Noy 2019 18:42:12 286 0

Füzulidə hərbi təyinatı olmayan metal əşya aşkar olunub (FOTO)

Füzulidə hərbi təyinatı olmayan metal əşya aşkar olunub

Bakı. Bu gün saat 10:35-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Mirzənağılı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin