2020ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər


Digərləri 16 Noy 2019 18:40:00 346 0

2020ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılması ilə bağlı birgə iclas keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Son.az-a bildirilib ki, Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən iclas Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rominq üzrə Ekspert İşçi Qrupunun (REWG), Avropa ölkələrinin aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və bu ölkələrin Litva Respublikasında akkreditə olunmuş diplomatik nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycan Respublikası tərəfindən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə yanaşı ölkəmizin Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri iştirak edib.

İclasın əsas məqsədi Şərq Tərəfdaşlığı regionunda rominq tariflərinin azaldılması məqsədilə 2020-ci ildə imzalanması nəzərdə tutulan Regional Rominq Sazişinə hazırlıq çərçivəsində görülən işlər barədə fikir mübadiləsinin aparılması olub.

(adsgarden = window.adsgarden || []).push({});