Evdə işləyən usta naməlum səbəbdən öldü


Digərləri 16 Noy 2019 18:18:49 291 0

Evdə işləyən usta naməlum səbəbdən öldü

Mindəçevirdə evdə işləyən usta naməlum səbəbdən ölüb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçədə fərdi evlərin birində təmir işləri aparan 1954-cü il təvəllüdlü Ağdaş rayon sakini Abbasov Məhəmməd Həsrət oğlu naməlum şəraitdə ölüb.

Faktla bağlı araşdırma aparılır.