Abşeronda yolu keçən qadını avtomobil vurub öldürdü


Digərləri 16 Noy 2019 17:58:34 379 0

Abşeronda yolu keçən qadını avtomobil vurub öldürdü

Abşeronda yolu keçən qadını avtomobil vurub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 15-də saat 19 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Ağcabədi rayon sakini İ.Məhəmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən qəsəbə sakini Səbinə Həsənovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.