Vüsal Hüseynov: Azərbaycan ərazisinin qeyri-leqal miqrasiya üçün istifadə olunması çox az ehtimal olunur


Digərləri 16 Noy 2019 17:30:00 188 0

Vüsal Hüseynov: Azərbaycan ərazisinin qeyri-leqal miqrasiya üçün istifadə olunması çox az ehtimal olunur

Azərbaycan ərazisinin qeyri-leqal miqrasiya üçün istifadə olunması çox az ehtimal olunur, çünki ölkə rəhbərliyi beynəlxalq insan alverini “təşviq etmir”

Bakı. Azərbaycan ərazisinin qeyri-leqal miqrasiya üçün istifadə olunması çox az ehtimal olunur, çünki ölkə rəhbərliyi beynəlxalq insan alverini “təşviq etmir”. Trend-in məlumatına görə, bunu EURACTIV-ə müsahibəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. İnsan alveri ilə məşğul olan beynəlxalq dəstələr barədə danışan V.Hüseynov deyib ki, bu cür hallar aşkar edilərək qarşısı alınıb, bununla belə onlar çox az olub: “Azərbaycan təhlükəsizlik baxımından yaxşı təşkil olunub. Bizim bu cür halları aşkar etmək imkanlarımız var. Əlbəttə bu, həm də profilaktika xarakteri daşıyır. Ölkəni tranzit məntəqəsi kimi istifadə etməyə çalışanlar bilir ki, onların imkanı azdır, çünki burada hüquq tətbiqi çox güclüdür”. (adsgarden = window.adsgarden || []).push({}); Readmissiya barədə suala cavab verən xidmət rəisi bildirib ki, 2014-cü ildə readmissiya barədə saziş imzalandıqdan sonra 1,3 min Azərbaycan vətəndaşı Avropa İttifaqı ərazisindən ölkəyə qaytarılıb. O bildirib ki, readmissiya təşkilat ölkələrinin müraciəti əsasında baş tutur. Hazırda müraciətlərin sayı üç minə yaxındır, digər işlərə baxılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin