Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır


Digərləri 16 Noy 2019 17:15:00 289 0

Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

Hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gediblər. Hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür. Trend-in məlumatına görə, Nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək. Hazırda araşdırmalar davam etdirilir.