"Bakıda bir həftə qalsam, Miri Yusif kimi Xalq artisti olaram"


Şou-biznes 16 Noy 2019 16:51:27 315 0

"Bakıda bir həftə qalsam, Miri Yusif kimi Xalq artisti olaram"

Türkiyəli şoumen Cem Yılmaz Bakıya gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor hazırda media nümayəndələri ilə görüşüb. Cem jurnalistlərin suallarını cavablandırıb:

"Əgər bacarıqlı olsam, şou gözəl keçsə, dostlarımı da Bakıya gətirəcəm. Bakını az gəzdim, sabah vaxtım var. Yaxşı gəzə bilərəm. Gözəl bir yerdir. İki gün sonra geri qayıdacam, amma fikrimdə qalacaq. Buradan tar alacam, dostuma aparacam".

Yılmaz daha sonra "Tarkanla orqanik bir bağımız var. Bilet qiymətiləri açıqlayanda, ilk ağıla Tarkan gəlir. Sənət adamlarının işi çətindir. Ona görə də sənət dostlarımdan nələrsə danışacam gecədə" sözlərini əlavə edib.