İlk dəfə olaraq məhkəmə fəaliyyətində süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirildi FOTO


Digərləri 16 Noy 2019 16:55:00 350 0

İlk dəfə olaraq məhkəmə fəaliyyətində süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirildi  FOTO

Dünyada yeni texnologiyaların inkişafı, cəmiyyət həyatının müxtəlif sahələrində süni intellektdən və robot texnikasından istifadə müasir dövrün reallıqlarındandır.  

Son illərdə Azərbaycanda da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatında dünya elminin müasir nailiyyətləri tətbiq edilir. Belə ki, Azərbaycan kosmosa üç peyk göndərmiş, ölkədə "İntellektual nəqliyyat" sistemi yaradılmışdır. 

Azərbaycanın məhkəmə-hüquq sistemində müasir texnologiyaların tətbiqi üzrə əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Dünyada süni intellektin və robot texnikasının geniş tətbiqi beynəlxalq və milli hüququn qarşısında ciddi məsələlər qoyur. Ölkəmizin nailiyyətlərini dünya ölkələri ilə paylaşmaq, həmçinin məhkəmə-hüquq sahəsində süni intellektin və informasiya texnologiyalarının tətbiq olunmasına dair beynəlxalq təcrübəni öyrənmək məqsədilə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun 15 noyabr tarixində Bakıda təşkil etdiyi "Süni intellekt və insan hüquqları" adlı beynəlxalq konfrans məhz sözügedən məsələlərə həsr olunub.

Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin köməkçisi Gündüz Kərimovun giriş sözü ilə açılan beynəlxalq konfransda süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsindəki son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə çıxış edərək süni intellekt və robotlardan istifadənin hüquq elmində tamamilə yeni bir istiqamət formalaşdırdığını, hüquq və insan haqları kontekstində süni intellektin cəmiyyətdə yeni çağırışlar edən  mühum məsələ olduğunu qeyd edərək dövrün tələbləri ilə ayaqlaşan Azərbaycan elmində, eyni zamanda insan hüquqları sahəsində sözügedən mövzuya dair dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə belə bir konfransın keçirildiyini qeyd etmişdir. 

(adsgarden = window.adsgarden || []).push({});