3 "VAZ" toqquşdu:


Digərləri 16 Noy 2019 16:41:00 282 0

3 "VAZ" toqquşdu:

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb. Belə ki, 56-BF-696 və 90-CB-155 dövlət nömrə nişanlı iki "VAZ-2107" markalı və 90-UU-187 dövlət nömrə nişanlı bir "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı sakinləri, 1959-cu il təvəllüdlü Pənahov İbadulla Beydulla oğlu və 1992-ci il təvəllüdlü Heydərov İsmayıl Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.