YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib


Digərləri 16 Noy 2019 16:33:00 210 0

YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Bakı. Elçin Mehdiyev - Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend-in məlumatına görə, əvvəlcə Komissiyanın 11 noyabr 2019-cu il tarixli iclasının protokolu təsdiq edilib. Sonra 2019-cu il dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlunun üzvlüyünün təsdiq olunmasına qərar verilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin