UNECdən dünyaya: İtaliyada təhsil almaq imkanı qazanan 4 tələbədən biri oldum FOTO


Digərləri 16 Noy 2019 16:14:00 396 0

UNECdən dünyaya: İtaliyada təhsil almaq imkanı qazanan 4 tələbədən biri oldum  FOTO

"UNEC-dən dünyaya" layihəsi mübadilə proqramı ilə xaricdə təhsil alan tələbələrini tanıtmaqda davam edir. Layihənin budəfəki müsahibi UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) "Dünya iqtisadiyyatı" ixtisası üzrə tələbəsi Mehin Əmiraslanovadır. 

Son.az bildirir ki, o, Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində bir semestr İtaliyanın Sapienza Universitetində təhsil alıb. Mehin Sapienza Universitetindəki təəssüratlarını UNEC News-la bölüşüb.

"Azərbaycandan Sapienza Universitetində təhsil almaq imkanı qazanan 4 tələbədən biri oldum"

- UNEC tələbəsi olmağım mənə bir çox üstünlüklər qazandırdı və böyük imkanlar yaratdı. Mən Azərbaycandan İtaliyanın Sapienza Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində təhsil almaq imkanı qazanan 4 tələbədən biri oldum. "Niyə məhz Sapienza?". Mən belə cavab verəcəm ki, "Şans idi və mən ondan istifadə etdim". Düzünü deyəcəm, ərizənin verilməsindən tutmuş, vizanın alınmasına kimi uzun və yorucu prosedurlar bizim üçün ən yaxşı sınaq idi. Seçimlər çox sərt, rəqiblər güclü və cəmi 4 yer! Proqramda iştirak etmək istəyənlər üçün İELTS, TOEFL sertifikatlarının olması elə də vacib deyildi. Uyğun namizəd olmaq üçün əsas göstərici gələcək planlar, hədəfləri düzgün müəyyən etmək və dəqiq mövqeyə sahib olmaq idi. Öz hədəflərində kifayət qədər "böyük" olmaq, beynəlxalq yarışlarda könüllü çalışmaq, praktika keçmək çox önəmli idi. Sevinirəm ki, mən bunu bacardım.

Fərqli və effektiv təhsil sistemi

- Sapienza Universitetindəki təhsil UNEC-dəki təhsildən fərqlidir. Hər bir tələbənin hədəfi, arzusu bu və ya digər sferada yüksək nailiyyətlərə malik olan universitetlərə daxil olmaq və yüksək nəticələr qazanmaqdır. Sapienza Universitetində tələbələrə öz qrafikini tərtib etməyə, şəxsi maraq dairəsi ilə məşğul olmağa imkan verilir. Dərslərdə qaib limiti olmasa da bəzi müəllimlər davamiyyətə önəm verirlər. Tələbələr dərsləri, müəllimləri özləri müəyyən edirlər və tədrisin bu formada təşkilinin daha effektiv olduğunu düşünürlər. İmtahanlar Sapienzada şifahi, yazılı və ya test formasında aparılır, imtahanların hansı üsulda keçirilməsinə isə müəllimlər qərar verir. Hətta bəzən müəllimlər tələbələri imtahan etmirlər, gündəlik dərsə hazırlığı əsasında yekun biliklərini qiymətlərdirirlər. Sapienza Universitetində imtahana giriş balı deyə bir şey yoxdur, sadəcə imtahan qiyməti var. Bizdə isə imtahan balına davamiyyət, sərbəst iş, seminar, kollokvium balları da daxildir, bu isə çox yorucudur.

Sapienzada daha çox xoşuma gələn o idi ki, hər hansı fənnən aldığın qiymət səni qane etmirsə, həmin fənnin qiymətini yüksəltmək üçün sənə 5 dəfə şans verilir və ödənişsizdir. Mən özüm də bu hüquqdan istifadə etdim.

UNEC-in müəllimləri daha savadlı və təcrübəlidirlər

- Düşünürdüm ki, Sapienza Universitetində dərs deyən müəllimlər fərqli tədris metodları ilə daha təcrübəli olacaqlar. Etiraf edim ki, düşündüyüm kimi olmadı. UNEC-də bizə dərs deyən müəllimlər daha savadlı və təcrübəlidirlər. Sapienza Universitetində müəllimlər spesifik olaraq yalnız tədris etdikləri fənn üzrə nəzəri biliklər verirlər. UNEC-də isə müəllimlər həm nəzəri, həm də praktiki biliklər üzərindən bizə dərsləri tədris edirlər. Bu isə ixtisasımıza daha yaxşı yiyələnmək baxımından çox önəmlidir. Orada öz müəllimlərimiz üçün çox darıxırdım...

Yaxşı iqtisadçı olmaq üçün...