Fransada “sarı jiletlilər” yenidən fəallaşdı


Digərləri 16 Noy 2019 16:22:00 289 0

Fransada “sarı jiletlilər” yenidən fəallaşdı

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” aksiyasının ildönümü ilə əlaqədar etiraz aksiyaları başlayıb

Bakı. Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” aksiyasının ildönümü ilə əlaqədar etiraz aksiyaları başlayıb. Trend-in məlumatına görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və tüstü şaşkaları tətbiq edib. Aksiya zamanı azı 16 nəfər saxlanılıb. Bir neçə metro və dəmiryol stansiyası bağlanıb. Etirazçılar aksiyanın iki gün davam edəcəyini bildirib. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, “sarı jiletlilər” aksiyası ilk dəfə ötən il noyabrın 17-də yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq keçirilmişdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin