Bakıda yeniyetmələrə siqaret satan 4 satıcı cərimələnib


Digərləri 16 Noy 2019 16:13:00 334 0

Bakıda yeniyetmələrə siqaret satan 4 satıcı cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bakı. Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib. Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. (adsgarden = window.adsgarden || []).push({}); Bu istiqamətdə reydlər davam etdirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin