Azərbaycanda bələdiyyə seçkilərini 499 müşahidəçi izləyəcək


Siyasət 16 Noy 2019 15:19:00 254 0

Azərbaycanda bələdiyyə seçkilərini 499 müşahidəçi izləyəcək

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.