Rusiya ələ keçirdiyi Ukrayna gəmilərini geri qaytarır


Dünya 16 Noy 2019 14:57:00 331 0

Rusiya ələ keçirdiyi Ukrayna gəmilərini geri qaytarır

Rusiya Kerç boğazında ələ keçirdiyi Ukraynanın hərbi gəmilərini geri qaytaracaq. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya tərəfi "prinsipial qərar" verərək, Ukraynaya məxsus "Berdyansk", "Nikopol" və "Yana Kapu" gəmilərini sahibinə təhvil verəcək. 

Hazırda Ukrayna və Rusiyanın güc strukturları gəmilərin təhvil verilmə yerini və vaxtını razılaşdırır.