Sumqayıt zavodunda zəhərlənmə ilə bağlı məsələyə aydınlıq gətirildi (ÖZƏL)


Digərləri 16 Noy 2019 14:46:00 448 0

Sumqayıt zavodunda zəhərlənmə ilə bağlı məsələyə aydınlıq gətirildi (ÖZƏL)

“Üstay” şirkətinin 13 əməkdaşı baş gicəllənməsi və ürək bulanması ilə əlaqədar həkimə müraciət edib

Bakı. Anastasiya Savçenko - “Üstay” şirkətinin 13 əməkdaşı baş gicəllənməsi və ürək bulanması ilə əlaqədar həkimə müraciət edib. Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departmamentinin rəis müavini İbrahim Əhmədov Sumqayıtda zavodda zəhərlənmə ilə bağlı məsələni şərh edərkən deyib. Onun sözlərinə görə, əməkdaşlar müayinə üçün “Unikal” klinikasına göndərilib: “Onlardan 10 nəfəri ambulator müalicəyə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndərilib”. O bildirib ki, onların özünü pis hiss etmələrinin səbəbi məlum deyil: (adsgarden = window.adsgarden || []).push({}); “Müəssisələrdə qaz sızması qeydə alınmayıb. Bitişik ərazidə olan SOCAR əməkdaşları özlərini yaxşı hiss edir, heç bir problem müşahidə olunmur”. Hələlik hadisənin səbəbləri məlum deyil. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin